Milli Parkda narkotik becərirlərmiş - Azərbaycanda

15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib

30 aprel tarixində Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə Milli Parkın əməkdaşları tərəfindən növbəti reyd keçirilib. Anspress-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla verdiyi məlumata görə, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar