"UZUN MÜDDƏT ÇƏTİN OLACAQ..." - Samir Şərifov

Nazir neftin ucuzlaşmasından danışdı.

Qlobal bazarlardakı tərəddüd, maliyyə böhranı ölkələrə təsir edir. Azərbaycanda isə Mərkəzi Bank valyuta məsələlərinə sabit yanaşır. Oxu.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov AİB-nin Direktorlar Şurasının biznes sessiyasının ikinci iclasında bildirib.

Nazir bildirib ki, neftin və ərzağın qiymətinin ucuzlaşması uzun müddət üçün həm ixracatçı, həm də idxalçı ölkələr üçün çətin olacaq.

“Regionda inkişaf layihələrinə maliyyə qoymaqla yardım edilməlidir”, - deyə nazir qeyd edib.

Nazir bildirib ki, “Azərbaycan 2020” gələcəyə baxış konsepsiyası bu məsələləri aradan qaldırmaq üçün düzgün istiqamətdir

Bundan əlavə, iclasın sonunda Direktorlar Şirasına sədrlik Azərbaycandan Almaniyaya keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar