TƏFƏKKÜR UNİVERSİTETİNİN TƏSİSÇİSİ AXTARIŞA VERİLDİ – Ölkədən qaçıb

Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev beynəlxalq axtarışa verilib.APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda R. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, R. Əliyev Təfəkkür Universitetinin təsisçilərindən biridir. O, universitetin Kiyev filialının rektoru olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar