ABŞ İŞİD liderlərinin başına pul qoydu

ABŞ hökuməti İŞİD terror qruplaşmasının 4 lideri haqda informasiyaya görə üst-üstə 20 milyon dollar mükafat ayırıb. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, ən böyük məbləğ – 7 milyon dollar hörgütün liderlərindən olan Mustafa əl-Kaduli ilə bağlı informasiya üçün vəd edilib.

Bundan əlavə, Amerika hökuməti Əbu əl-Adnani və Gürcüstan əsilli Tarxan Batiraşvili üçün hərəsinə 5 milyon ayırıb. Tarik əl-Xarzinin başına isə 5 milyon dollar qoyulub.

ABŞ İŞİD-i ölkəyə əsas təhlükələrdən biri hesab edir. Qruplaşma daha bir neçə ölkədə, o cümlədən Rusiyada terrorçu təşkilat kimi tanınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar