Fransada Yasir Ərəfatın ölümü ilə bağlı istintaq sona çatıb

Fransada Fələstin Muxtariyyətinin mərhum lideri Yasir Ərəfatın ölümü ilə bağlı istintaq sona çatıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə i24news telekanalı məlumat yayıb.

Məlumata görə, iş aprelin 30-da prokurorluğa təqdim edilib. Məlumatda ekspertlərin Yasir Ərəfatın radioaktiv maddə olan polonium ilə zəhərləndirildiyi versiyasını təkrar rədd etdiyi bildirilir.

Qeyd edək ki, Fələstinin istintaq komissiyası bundan əvvəl Fələstin Muxtariyyətinin lideri Yasir Ərəfatı zəhərləməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bəyan edib. Komissiya rəhbəri Tavfik Tirani şübhəli bilinən şəxsin kimliyini açıqlamaqdan imtina edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar