Nüvə danışıqlarında mühüm mərhələ

Avropa Komissiyası bildirir ki, Avropa Birliyi və İran təmsilçiləri Tehranın nüvə proqramına dair saziş üzrə danışıqları mayın 12-də Avstriyada davam etdirəcək. 3 gün sonra isə altı dövlətin təmsilçiləri onlara qoşulacaq.

Komissiyanın yaydığı bəyanatda deyilir ki, “AB-nin siyasi məsələlər üzrə direktoru Helga Schmid və İranın danışıqlarda təmsilçisinin müavinləri Abbas Araghchi və Madjid Takht Ravanchi mayın 12-də Vyanada işi bərpa edəcəklər”. 5+1 qrupu – Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya təmsilçiləri isə danışıqlara mayın 15-də qoşulacaqlar.

Bəyanatda deyilir ki, tərəflər aprelin 2-də İsveçrədə əldə olunmuş çərçivə razılaşmasının əsas mətni üzərində işi davam etdirəcəklər. İranla altı dövlət iyunun 30-dək yekun saziş əldə etməyə çalışır. İran nüvə proqramının ancaq dinc məqsədli olduğunu bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar