Anar Məmmədli ictimaiyyətə müraciət etdi

"Prezident seçkisindən sonra hakimiyyət müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına qarşı tolerant davranmaq bacarığını tamam itirib"

Hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli ictimaiyyətə müraciət edib.Müraciətdə deyilir:

-İlk öncə SMDT-yə qarşı qaldırılmış cinayət işinə və mənim həbsimə görə bizə göstərdikləri dəstək üçün bütün həmkarlarıma, ictimai fəallara, siyasi partiyalara, jurnalistlərə və beynəlxalq təşkilatlara təşəkkür edirəm. Ümidvaram ki, bizim dəyərli vəkillər Baş Prokurorluğun ittihamları ilə bağlı ictimaiyyətə geniş açıqlama veriblər. Bir daha bəyan edirəm ki, bütün ittihamlar əsassız və qanunsuzdur. SMDT-nin “günahı” hökumətyönlü və saxta QHT olmamasıdır.

Biz birləşmək azadlığı, ifadə azadlığı və azad seçki hüququmuzdan istifadə edərək, Azərbaycanda azad, ədalətli, şəffaf, demokratik seçkilərin keçirilməsinə çalışmışıq. Görünür ki, 9 oktyabr 2013-cü ildə keçirilən

  • prezident seçkisindən sonra hakimiyyət müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına qarşı tolerant davranmaq bacarığını tamam itirib

 

. Əslində, bizim seçki prosesi üzrə sənədlərimizə və mövqeyimizə MSK-nın deyil, Baş prokurorluğun “reaksiya verməsi" ölkədə müstəqil və peşəkar seçki administrasiyasının olmamasının sübutudur.

Mənim həbsimə gəldikdə isə, bunu tamamilə əsassız hesab edirəm. Dekabrın 16-da Nəsimi rayon Məhkəməsində müstəntiq iddia etdi ki, guya mənim xarici ölkələrlə stabil əlaqələrimin olması, habelə mənim Bakı şəhərində qeydiyyatımın olmaması bu həbsi zəruri edir. Bu, tamamilə gülünc mövqedir.

Reallıq budur ki, mən bizə qarşı aparılan çirkin kampaniyanın nəticələrinə varmaq üçün bütün istintaq prosesində iştirak etmişəm. Bundan sonra da fəaliyyətimizlə bağlı suallara aydınlıq gətirmək əzmindəyəm. Əmin olun ki, istintaqdan və cəmiyyətdən bizim fəaliyyətimizlə bağlı qaranlıq heç nə qalmayacaq. Ancaq biz həm də sorğulayırıq, ilk növbədə 9 oktyabr prezident seçkisində bizim qədər seçki fəaliyyəti ilə məşğul olan digər qurumlardan şəffaflıq gözləyirik. Biz MSK-nın 9 oktyabr seçkisi ilə bağlı maliyyə hesabatı verməsini gözləyirik. İnanırıq ki, hakimiyyətin himayəsində olan QHT-lər və media strukturları apardıqları monitorinq və exit-pollara görə hesabat verəcəklər. Bunu öz sorğularımızla təmin edəcəyik.

Son günlər bizim qeydiyyatımız və fəaliyyətimizlə bağlı SMDT-yə “qeyri-qanuni” damğası vuranları isə maariflənməyə çağırıram. Cənablar, fərdlərin birləşmək azadlığının Moskva Dövlət Universiteti ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dərslikləri ilə şərh və tövsif edə bilməzsiniz. Lütfən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və ən azı Gürcüstan QHT qanunvericiliyinə baxın. Azərbaycan vətəndaşlarının birləşmək hüququnu tanımamaq səlahiyyəti dövlətə məxsus ola bilməz! Əgər bu milli, dini, irqi və cinsi hüquqa qarşı yönəlmirsə. Məsələ bu qədər sadə ikən SMDT-ni qanunsuz sahibkarlıqda ittiham etmək yalnız hüququn feodal təfəkkürüdür.

Biz hüquq və azadlıqlarımızdan istifadə etmişik, həm də hüquq və azadlıqlar naminə!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar