"Səudiyyə məqsədinə çatmadı" - "Hizbullah" lideri

 "Səudiyyə Ərəbistanının Yəmənə etdyi hücumun arxasında duran niyyətlərinin heç biri həyata keçməyib. Səudiyyənin fikri Yəməni nəzarətə almaq idi, onu da edə bilmədi." SalamNews-un "Al Mayadeen"ə istinadla verdiyi xəbərə görə, bunu “Hizbullah” lideri höccətül-islam Həsən Nəsrullah ötən gün Beyrutdakı çıxışında bildirib.

O, Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiklərini "açıq-aşkar təcavüz" adlandırıb və bu ölkənin müsəlmanları və dünya ictimaiyyətini hiylə işlədərək aldatdığını deyib.

H.Nəsrullah Suriyada gedən döyüşlərə də toxunub və İranın rəsmi Dəməşqə dəstək verməməsini təkzib edib.

"Hizbullah" lideri ABŞ-ı Yaxın Şərqdə firqələr, irqlər və məzhəblər arasında ayrı-seçkilik salaraq, yeni dövlətlər yaratmaq niyyətində olduğunu və İraqın buna əyani misal olduğunu diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar