"Yeni bir Qafqaz quraq..." - Əhməd Davudoğlu

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən axşam İğdır vilayətində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində çıxış edib. "Report"un Türk mediasına istinadən verdiyi xəbərə görə, Ə.Davudoğlu bəyan edib ki, rəsmi Ankara bütün qonşu regionlarda, həmçinin Qafqazda da daimi sülhün bərqərar olmasının tərəfdarıdır.

O, qeyd edib ki, Çanaqqala zəfərinin 100 illik yubileyinə həsr olunan tədbirlər keçirilən zaman müəyyən xarici qüvvələr Türkiyəyə qarşı qaralama kampaniyası başlatmışdı.

"Xalqımızı 100 il əvvəl baş verən hadisələrlə bağlı tamamilə əsassız bir şəkildə ittiham etməyə çalışdılar. Ancaq hər kəs çox yaxşı bilir ki, əsl cavabdeh olan tərəf kimdir. Çərkəz xalqınının başına tarixən kim bəlalar gətirdi? Azərbaycanlılara Xocalıda nə oldu? Gürcüləri qatarlara dolduraraq Sibirə göndərənlər kimlərdi? Məshəti türklərin fəlakəti niyə baş verdi? Krım tatarlarına nə oldu? Biz bu kədəri hər zaman qəlbimizdə daşıdıq", - deyə Türkiyə hökümət başçısı vurğulayıb.

Qazqaz xalqlarına səslənən Ə. Davudoğlu, "Gəlin tamami ilə yeni bir Qafqaz quraq. Bu bölgəni sülhün və əmin-amanlığın təmin olunduğu, insanların yaşayış səviyyəsinin yüksək olduğu, ədalətin bərqərar olduğu enerji regionuna çevirək. Tarixi düşmənliyi yaddan çıxaraq ", - çağırışı edib.

Onun sözlərinə görə, rəsmi Ankara sülh siyasətinin tərəfdarıdır, ancaq ədalətsizlik qarşısında da "Ağrı Dağı kimi başı dik dayanmağa hazırdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar