"PREZİDENTİN ƏTRAFINDA O ÖLKƏLƏRDƏ BİZNESİ OLANLAR VAR" - Əli Həsənovdan ŞOK açıqlama

ABŞ, Rusiya və Avropa bölgənin 3 müsəlman ölkəsi olan Azərbaycan, Türkiyə və İranın yaxınlaşmasının qarşısını almağa çalışır"

ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində heç bir iş görməyib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı çıxışında deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanın yeganə həll olunmamış problemi Dağlıq Qarabağ problemidir: "Dağlıq Qarabağ məsələsinin həll olunmamasının səbəbi ABŞ, Fransa və Rusiyanın ədalətsiz mövqeyidir. Bu münaqişə həll olunmayana, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayana qədər mən bu dövlətləri tənqid edəcəm".

“Bizim problemlərin səbəbkarı Rusiya, ABŞ və Fransadır. Mənim söylədiyim tənqidi fikirlər Rusiya, ABŞ və Fransa xalqlarına deyil, onların rəsmilərinə aiddir”, - deyə Ə. Həsənov söyləyib. O, ABŞ, Rusiya və Avropanın bölgənin 3 müsəlman ölkəsi olan Azərbaycan, Türkiyə və İranın yaxınlaşmasının qarşısını almağa çalışdığını bildirib.

Ə.Həsənov vurğulayıb ki, başda Qorbaçov olmaqla bu problem Sovet İttifaqı tərəfindən yaradılıb, Yeltsin davam etdirib və bu gün də qalmaqdadlr.Ermənistandakı hazırkı rejimin mövcudluğunda Rusiyanın böyük rolu olduğunu qeyd edən Ə. Həsənov Minsk Qrupunun həmsədrlərini sərt tənqid edib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri olan üç dövlət son 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmayıblar. Mən doğma torpaqlarımızın işğalına son qoyulmayınca, torpaqlarıma qayıtmayınca, Minsk Qrupunun həmsədri olan dövlətlər barədə tənqidlərimə son qoymayacağam. Nə üçün biz bunları deməməliyik?..”

Ə.Həsənov Azərbaycanın bəzi yüksək rütbəli məmurlarını da bu məsələdə səssiz qalmaqda qınayıb: "Niyə dövlət başçısının ətrafında olan bəzi insanlar bu ölkələri tənqid etmirlər. Ona görə ki, həmin insanların o ölkələrdə biznesləri var".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar