Bakı 2015-ə görə bəzi yollar bağlanır

Bu səbəbdən avtobuslarda və metro stansiyasında sıxlıq olacağı gözlənilir

Bakı-2015 Avropa Oyunlarına hazırlıq məqsədilə, 9 may 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən, mayın 9-da saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmçinin, bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun Koroğlu stansiyasında sıxlıq olacağı gözlənilir.

Buna görə də, şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar