"Azərbaycan nə vaxt hazır olsa..." - Davudoğlu

Davudoğlu: "İnşallah hazırlıqlar bitəndə viza və pasportlara ehtiyac qalmaz"

"Bakı Tiflis Qars bu il xidmətə başlayacaq". Anspress-in məlumatına görə, bunu ötən gün Iğdırda keçirilən mitinqdə çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

Davudoğlu Türkiyənin yüksələn bir güc olduğunu da qeyd edib. Onun sözlərinə görə, dəmir yolunun tamamlanmasından sonra qardaş Azərbaycana daha rahata gediş-gəliş mümkün olacaq.

O, Dilucu sərhəd-keçid qapısının yeniləndiyini deyib: "Gürcüstana şəxsiyyət vəsiqəsi ilə keçirik. Azərbaycanla da bunu istəyirik. Türkiyə olaraq azərbaycanlılar üçün vizanı aradan qaldırdıq. İnşallah Azərbaycan da hazırlıqlarını tamamladığı zaman viza və pasportlara da ehtiyac qalmaz. Bir millət, iki dövlət deyə birləşib, qucaqlaşırıq.

Biz Azərbayacana bunu təklif etdik. Nə zaman hazır olsalar başımız üzərində yerləri var. Bütün azərbaycanlılar üçün Türkiyə ana vətənidir. Bizim üçün də Qafqaz dağları və Azərbaycan öz vətənimizdir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar