Yenidən günəşli havaya doğru - Proqnoz

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasSabahdan Azərbaycanın rayonlarında yağıntı tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, mayın 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 8-12, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 7-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq, yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar