Nepaldan çıxan Ukrayna təyyarəsi Bakıda

87 nəfəri evakuasiya edən təyyarə Dehlidə zədələnib

Nepalda zəlzələdən əziyyət çəkən vətəndaşları gətirən Ukrayna Müdafiə Nazirliyinin "İl-76" təyyarəsi Dehlidən Bakıya uçacaq. Anspress-in məlumatına görə, bu barədə ölkənin XİN-i məlumat yayıb.

"May ayının altısında Kiyev vaxtı ilə 06.35-də "İl-76" təyyarəsi Delidən Bakıya yola çıxıb. Evakuasiya edilənlərdən 76 nəfər Ukrayna, 11-i isə əcnəbi vətəndaşdır. Onların arasında Gürcüstan, Polşa, Rusiya və Fransa vətəndaşları var", deyə nazirliyin "Twitter" səhifəsində yazılıb.

Qeyd edək ki, ötən gün yerli KİV Dehliyə eniş edən zaman təyyarənin təkərinin zədələndiyini yazmışdı.

BBC-nin Ukrayna Müdafiə Nazirliyinin spikeri Viktoriya Kuşnirə istinadla verdiyi məlumata görə, təyyarənin saat 22:00-da Kiyevə çatması gözlənilir. O, artıq problemin aradan qaldırıldığını deyib.

Nepalda dağıdıcı təsirə malik 7,8 ballıq zəlzələ aprelin 25-də baş verib. Nəticədə 7 mindən artıq insan ölüb, minlərlə insan yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar