Dünya silahımıza baxır - VİDEO

İstanbulda “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi keçirilir.

ANS TV-nin məlumatına görə, “İDEF 2015” Avrasiya bölgəsinin ən böyük və nüfuzlu silah sərgilərindən biridir. Bu sərgi 1993-cü ildən bəri 2 ildən bir keçirilir. “İDEF 2015”-in 12-ci sərgisinin açılışı mayın 5-də İstanbulda oldu. Sərgidə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı dünya ölkələrinin müdafiə nazirləri və müdafiə-sənaye rəhbərləri də iştirak etdi. Azərbaycan isə sərgiyə 184 adlı yerli müdafiə təyinatlı məmulatla qatıldı. Bunların içərisində yeni snayper tüfəngləri, tapançalar, müxtəlif təyinatlı aviabombalar, optik cihaz və döyüşçü təchizatının nümunələri vardı.

Müdafiə Sənayesi naziri Yavər Camalov deyir ki, sərgidə iştirakın əsas məqsədi Azərbaycanda istehsal olunan müdafiə təyinatlı nümunələri beynəlxalq bazara təqdim etməkdir. Eyni zamnada dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparıb, yeni məhsullar istehsal etmək üçün müasir texnikaların ölkəmizə gətirilməsidir.

Sərgidə Azərbaycana aid stendin yanında Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general –polkovnik Elçin Quliyev və Fövqəlada Hallar naziri Kəmaləddin Heydərovla görüş keçirildi.

Yavər Camalov Malayziya Silahlı Qüvvələrinin Baş qərərgah rəisi ilə görüşüb və qarşılıqlı əməkdaşlıqla bağlı geniş söhbət aparılıb.

“İDEF 2015” sərgisində Yavər Camalov ayrı-ayrı ölkələrin stendlərini gəzdi və dünya silah bazarının yenilikləri ilə yaxından tanış oldu. O tanınmış hərbi silah şirkətlərinin nümayəndələri ilə əməkdaşlıqla bağlı danışıqlar apardı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar