Azərbaycanda bir borcalana 4 kredit düşür - Statistika

Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2015-ci ilin I rübünün yekunları barədə göstəriciləri açıqlamışdır.

Hesabat dövrü ərzində reyestrdən 43 bank və 39 bank olmayan kredit təşkilatı (BOKT) istifadə etmişdir. Dövr ərzində reyestrdə 853 min 284, o cümlədən banklar və BOKT-lar tərəfindən 805 min 319 sorğu həyata keçirilmişdir.

ORTA HESABLA BİR BORCALANA 4 KREDİT DÜŞÜR

Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı (2014-ün 1ci rübü 618 min 979) 1.4 dəfə artmışdır. 47 min 965 (2014-ün 1-ci rübü 9 min 479) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət etmişdir.

Dövrün sonunda MKR-də haqqında məlumat toplanmış borcalanların sayı 2 milyon 389 min 292, kredit məlumatlarının sayı 9 milyon 483 min 441, cəmi zaminlərin sayı isə 1 milyon 109 min 476 olmuşdur. Birinci rübdə borcalanların sayı 73 mindən çox artıb. Ötən il borcalanların sayı 364 mindən çox artmışdı.

Qeyd edək ki, tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar