Dollar taxtını itirə bilər

Dolların son dövrdəki taleyi taxtını itirmək təhlükəsi ilə üzləşən Game of Thrones serialındakı Stark ailəsinin taleyinə bənzəyir.

Dolların son dövrlər yaşadığı problemlər ilə ABŞ-ın ən məşhur televiziya serialı arasında bir oxşarlıq yaradıla bilər.

Market Watch-un məlumatına görə, HBO-nin dünyada məşhur serialı Game of Thrones-da tez-tez baş verən güc balanslarındakı dəyişiklik, məzənnə bazarı üçün də etibarlıdır.

Dollar bir ay əvvələ qədər "Yeddi Krallığın" mübahisəsiz lideri mövqeyində olduğu halda, bu günlərdəki vəziyyəti daha çox taxtını itirməyə yaxınlaşan bir hökmdarı xatırladır.

Bu oxşarlığı Forex.com-un stajlı analitiki Metyu Weller edib. Weller Bazar Ertəsi günü "Kral dollar FX Taxt oyunlarında yara aldı" adlı bir araşdırma yazısını dərc edib.

Weller, bu həftə yayımlanacaq, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin, məzənnə bazarını fəth etməyə çalışan dollara yeni bir zərbə vura biləcəyini deyib. /"marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar