Güllələnən azərbaycanlı tələbələrdən biri öldü

Odessada Bolqarıstandan olan tələbənin güllələdiyi 3 azərbaycanlıdan biri bu gecə xəstəxanada dünyasını dəyişib. APA-nın “rbc.ua”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat katibi Alla Marçenko bildirib. A. Marçenko deyib ki, qətli törətməkdə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, hadisə mayın 1-də Odessa şəhəri Kiyev rayonunun Lvov küçəsində baş verib. 1 May münasibətilə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib.

Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb.

3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar