“Qarabağ və Krımın işğalı eyni dəst-xətdir” - “Eurovision” qalibi

“Gəldilər və bizim torpaqlarımızı zəbt elədilər. Bu məsələlərdə birmənalı olaraq paralellik var. Qarabağ və Krımın işğalı eyni dəst-xətdir”. Musavat.com-un məlumatına görə, bu sözləri Ukraynanın xalq artisti, tanınmış ictimai-siyasi xadim, “Eurovision” musiqi yarışmasının qalibi Ruslana vesti.az saytına müsahibəsində Krım və Dağlıq Qarabağ münaqişələri arasında paralellik apararkən bildirib.

“Əgər şərin qarşısı alınmasa, belə konfliktlər hər yerdə qızışacaq” – deyib Ruslana.

O, Ukraynadakı Azərbaycan diasporundan da razılıq edib: “Onlar gözəl insanlardır. Biz doğma kimiyik. Azərbaycan və Ukrayna xalqları qohumluq əlaqələrinə malikdir. Bizim aramızda qarşılıqlı məhəbbət və qarşılıqlı heyranlıq var. Mən sizin xalqı sevirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar