Özünü prezidentin "oğlu" adlandıran məktəbli dələduzluğa görə saxlanıldı

Özünü Tacikistan prezidenti Emomali Rahmonun oğlu kimi qələmə verən və bu yolla rüşvət almış Düşənbə məktəblisi ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Prezident oğlu qiyafəsinə girmiş məktəbli rüşvət almaqla yanaşı, tacik məmurlarına tapşırqlar da verirmiş, Tacikistanın antikorrupsiya idarəsində bildiriblər.

Məlumata əsasən, Düşənbə beynəlxalq məktəbinin 10-cu sinif şagirdi olan Xuşdil Qurbanov özünü prezident Rahmonun oğlu Somoni Əmomali kimi qələmə verərək torpaq alqı-satqı sövdələşməsini rəsmiləşdirəcəyini vəd edib və buna görə 50 min dollar rüşvət alıbmış.

Bundan əlavə, məktəbli tacik məmurlarından birilə telefonla əlaqə saxlayaraq problemin dərhal həll olunmasını tələb edib.

Hadisə ilə əlaqədar Tacikistan hüquq-mühafizə orqanlarında cinayət işi açılıb. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar