Husi üsyançıları Səudiyyəni atəşə tutdu

Həcran əyalətində məktəblər bağlandı

Xarici KİV-in yaydığı məlumata görə, Yəməndə husilər Səudiyyə Ərəbistanının sərhəd bölgəsi olan Həcran vilayətini minaatanlardan atəşə tutublar. Xəbəri, koalisiyanın rəsmi nümayəndəsi, briqada generalı Əhməd əl-Əsiriyə istinadla Röyter agentliyi yayıb. Yəmən tərəfdən açılan atəşdən sonra kral hakimiyyəti Həcranda məktəbləri müvəqqəti bağlayıb (Lenta.ru).

Əhməd əl-Əsiri deyib ki, husilərin bu hərəkəti cəzasız qalmayacaq. Bu arada Yəməndəki şahidlərə istinadla xəbər verilir ki, şiə üsyançılarının Səudiyyə istiqamətinə bir neçə atəşindən sonra kral ordusu cavab atəşi açıb. Sərhəd atışmasının vurduğu zərər barədə məlumat yoxdur.

Bundan başqa, Sputnik agentliyinin ərəb versiyasının yaydığı məlumata görə, Yəmənin şimal əyaləti Hədcada husi üsyançıları ilə Yəmənin «Əl-İslah» partiyasının («Müsəlman qardaşları»na aiddir) silahlıları arasında toqquşma baş verib. Burada 15 nəfərin həlak olduğu, «Əl-Əsiri»nin liderlərindənbir sayılan Naser Dakin isə oğurlandığı bildirilir.

Xatırladırıq ki, aprelin 21-də koalisiya rəhbərliyi Yəməndə hərbi əməliyyatların başa çatdığını elan etmişdi. Bu qərarın Yəməndə qarşıya qoyulmuş məqsədlərə çatması səbəbindən verildiyi bildirilirdi. Bunun əvəzində isə yeni əməliyyata - «Ümidlərin dirçəlişi» əməliyyatına start verildiyi elan olunmuşdu. Bunda məqsəd isə terroorçuluqla mübarizə olduğu deyilirdi.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar