"Azadlıq" radiosunun Bakı bürosunun möhürü açıldı

Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi Sənan Paşayev "Azadlıq" radiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb.

Təhvil-təslimdə AzadlıqRadiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edir.

Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər.

Həmin axtarış zamanı götürülən sənəd, avadanlıq və radionun rəsmi möhürü hələ ki qaytarılmayıb.

AzadlıqRadiosunun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında – «Caspian Plaza»da yerləşirdi.

«Caspian Plaza»nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar