Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək

Azərbaycanda kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinin kifayət qədər böyük hissəsi kollec adlandırılır: "Onların ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq. Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrinin verdiyi təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii ki, biz burada ixtisaslara baxacağıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar