Elçin Şıxlı tərcüməçiliyə başlayıb - AÇIQLAMA

2014-cü il avqustun 27-də bağlanan “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Modern.az saytına gördüyü işlərdən danışıb.

O, hazırda XIX əsr ingilis ədəbiyyatının klassiklərindən olan Oskar Valdın “Sehirli Hekayələr” kitabını ingiliscədən Azərbaycan dilinə tərcümə etdiyini bildirib: “1980-ci illərdə tələbə olarkən Oskar Valdın “Sehirli Nağıllar”ını ingilis dilindən tərcümə edib kitab şəklində buraxdırmışdım. Amma bu, hekayələrin və nağılların hamısı deyildi. İndi geridə qalan, çatışmayan hekayələri ingiliscədən Azərbaycan dilinə çevirdim. Artıq kitab nəşriyyatdadır, hələ işıq üzü görməyib.

Yaxın günlərdə Ernest Heminqueynin “Hekayələr” kitabının tərcüməsinə başlamaq fikrindəyəm. Ernest Heminqueynin əsərlərinin əksəriyyəti rus dilindən tərcümə olunub. Amma orijinaldan olunması daha məsləhətdir. Hazırda “Media terminlərinin izahlı lüğəti” üzərində işlərimi davam etdirirəm”.

İndi daha çox kitab tərcüməsinə üstünlük verən Elçin Şıxlıya yenidən qəzet çap etmək istəyinin olub-olmadığını soruşduq: “Əgər yenidən qəzet buraxası olsam elə “Ayna” və “Zerkalo” qəzetlərini buraxaram. Təbii ki, bir qədər fərqli formatda və daha müasir. “Ayna” və “Zerkalo” qəzetlərinin yenidən bərpası üçün mənə təklif gəlməyib”.

Baş Prokurorluq Rauf Mirqədirovun işi ilə bağlı onun əməkdaşlıq etdiyi “Ayna-Zerkalo” qəzetlərinin redaksiyasında axtarışdan sonra qəzetin baş redaktoru Elçin Şıxlının kompüterinin prosessorunu götürüb.

Prosessorun qaytarılmasına gəlincə, Elçin Şıxlı hələ qaytarılmadığın bildirib. Redaktor zarafatından qalmayaraq onu da əlavə edib ki, nə vaxt qaytarsalar, o vaxt da jurnalistika ilə məşğul olacaq: “Mənim orada illərlə yığılan arxivim var”.

Elçin Şıxlı Azərbaycan Jurnalistlər Birliyinin sədri vəzifəsində qaldığını da əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar