Azərbaycanda şagirdlərin cəmi bir faizə yaxını özəl məktəblərdə oxuyur

"Azərbaycanda 1,3 milyon nəfər şagird olduğu halda, onların yalnız 10 min nəfəri özəl məktəblərdə oxuyur. Bu isə ümumi şagirdlərin 1 faizindən də az hissəsini təşkil edir". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xəzər Avropa Klubunun üzvləri ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanın özəl məktəbləri ilə dövlət məktəblərinin sayı arasında natarazlıq var. Bu baxımdan bazarda boşluq olduğunu deyən nazirin sözlərinə görə, özəl məktəblərin ixtiyarında olan resursla dövlət məktəblərinin ixtiyarında olan resurslar müqayisə olunsa, eyni vəziyyəti görmək olmaz: "Bu, təbiidir. Ancaq burada məqsəd kimisə günahlandırmaq deyil, məqsəd ondan ibarətdir ki, hansı resurslarla hansı nəticəni real şəkildə vermək iqtidarındayıq".

M.Cabbarov bildirib ki, yeni dərs ilindən orta məktəblərin yuxarı siniflərində təmayülləşmənin tətbiqi genişləndiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar