Ukrayna ordusu itki verdi

Separatçılar son gün ərzində atəşkəs rejimini 42 dəfə pozublar

Ukrayna ilə ölkənin şərqindəki rusiyapərəst separatçılar arasında gərginlik davam edir, hər iki tərəf canlı itki ilə üzləşir. Anspress-in məlumatına görə, son gün ərzində Ukrayna ordusu 5 əsgərin həlak olduğunu,12-nin isə yaralandığını bildirib.

Ukrayna hərbçiləri bildiriblər ki, rusiyapərəst separatçılar son gün ərzində atəşkəs rejimini 42 dəfə pozublar.

Separatçılar isə gün ərzində mövqelərinin tank, artileriya qurğuları və reaktiv mərmilərdən atəşə tutulduğunu, Ukraynanın şərqində qaz kəmərinin dağlıdığını, həmçinin Donetsk hava limanına mərmilər düşdüyünü açıqlayıblar.

Ümumiyyətlə, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox insan ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar