Minskdə atəşkəs rejimi müzakirə olunur

Vladimir Putin, Angela Merkel, Petro PoroshenkoRusiya, Ukrayna və ATƏT-in nümayəndələri mayın 6-da Minskdə, bu ilin fevralında Ukrayna münaqişəsi ilə bağlı əldə edilmiş atəşkəs razılaşmasını müzakirə edirlər.

Məqsəd Ukraynanın şərqindəki atəşkəs rejimini qoruyub saxlamaqdır.

Bağlı qapılar arxasında keçirilən bu görüşdə Ukraynanın şərqindəki rusiyapərəst separatçıların da iştirak edəcəyi gözlənilir.

Ukrayna ordusu bu arada son gün ərzində 5 əsgərinin həlak olduğunu, 12-nin isə yaralandığını xəbər verir.

Həmçinin separatçılar mövqelərinin atəşə tutulduğunu deyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar