Müsavatdakı separatçılar öhdəliklərinı yerinə yetirməyə yaxındır- Milli Şura dağıla bilər

İbrahimbəyovun Milli Şuranın fəxri sədri statusundan istefa verməsindən sonra ziyalıların da qurumu tərk edəcəyi gözlənilir

Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri statusundan istefa verməsinə qurum üzvlərinin münasiəti fərqli olub. İbrahimbəyova münasibətdə hakimiyyətlə eyni mövqedən çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı yenə anormal fikirlər səsləndirib. Sevincini gizlətməyən Arif Hacılı “Qafqazinfo”ya açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyovun Mili Şuranın həmsədri, ya da fəxri sədri olması indiki durumda Azərbaycan müxalifətinin xeyrinə deyil: “Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Onun Rusiya qarşısında müəyyən öhdəlikləri var. Orada öz peşə fəaliyyəti ilə məşğuldur. Buna görə də Rusiyadan xeyli dərəcədə asılıdır".

Arif Hacılının fikirlərində heç bir məntiq olmasa da, onun Rüstəm İbrahimbəyova qarşı fəaliyyətini arxasında əslində Milli Şuranı dağıtmaq niyyətinin dayandığına şübhə yoxdur. Bəzi məlumatlara görə, seçkidən dərhal sonra hakimiyyətlə mandat bazarlığına başlayan Müsavat rəhbərliyindəki bəzi şəxslərdən Milli Şuranı dağıtmaq, ən azı ziyalıları ordan uzaqlaşdırmaqla ictimaiyyətin gözündən salmaq tapşırılıb. Müsavat rəhbərliyindəki bəzi şəxslərin, eləcə də onlara yaxın medianın fəaliyyətini izlədikdə bunun üçün çalışdıqlarını görmək mümkündür. Və artıq öhdəlilərini yerınə yetirməyə yaxın olduqlarını da söyləyə bilərik.

Belə ki, Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri statusundan istefa verməsindən sonra qurumdakı ziyalıların da buranı tərk edəcəyi gözlənilir. Milli Şuranın üzvü, “El” Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin bəyanatı da bundan xəbər verir: “Milli Şuranın kəlimeyi-şəhadətini bu günə qədər ürəyində oxuyanlar, bundan sonra bunu bərkdən oxuya bilərlər. Psevdomillətçi şüarlarla fəaliyyət göstərən partiyalar üçün meydan boşdur. Qoy, yenə də 20 il öz enerjilərini bir-biriləri ilə didişməyə sərf etsinlər.

Onun lent.az-a açıqlamasına görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi: “Mən özümün orada təmsilçiliyimin nədən ibarət olduğunu aydınlaşdıra bilməmişəm. Növbəti sessiyada bu məsələni də qaldıracam. ”

E.Quliyev bəyan edib ki, böyük ehtimalla MŞ-in növbəti sessiyasında bu qurumdan istefa verəcəyini açıqlayacaq: “Mən indiki şəraitdə bu cür siyasi qurumda olmaqdan xəcalət hissi keçirirəm. Sizin vasitənizlə Milli Şuranın sədri Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm”.

Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında narazılğın səbəbini də göstərib: “EL hərəkatı Milli Şura məsələsində hansı mövqeyi tutacağını müzakirə etməyib. Heç kimin dilindən AXCP-ni günahlandırmaq çıxmayıb və çıxa da bilməz. Bunu təxribat kimi dəyərləndirirəm. Mən mətbuat vasitəsiylə Cəmil Həsənlidən xahiş etdim ki, açıqlama versin, bu məsələ hara qədər gedəcək? Rüstəm bəyin həmsədrlikdən, fəxri sədrlikdən imtinasının arxasında nəsə dayanır axı? Ağa ağ, qaraya qara desin, günahkarları desin. Bütün bunların arxasında Müsavat partiyasının “gözəl aktivliyi” dayanır. Rüstəm müəllimlə əlaqə saxlaya bilməmişəm. Çox təəssüf edirəm. Hər halda Milli Şura bu istefayla çox şey itirdi”.

Beləliklə, Müsavatdakı bəzi şəxslərin hakimiyyət qarşısındakı öhdəliklərini yerinə yetirməyə yaxın olduğunu söyləyə bilərik.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar