Bu şirkətlərin lisenziyaları dayandırıla bilər - Siyahı

Abşeron yarımadasında 15 şirkətin tikinti və şəhərsalma normalarını pozduğu aşkarlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilk dəfə dövlət şəhərsalma nəzarətini tədbirlərinin nəticələrini açıqlayıb. Məlum olub ki, Bakı, Sumqayıt və Abşeronda yaşayış evləri tikilən zaman 15 şirkət tikinti və şəhərsalma normalarını pozub. Qanunvericilik pozulmaqla tikilən binalar ünvanlar üzrə göstərilir.

DŞAK-nin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini Əli İbrahimovun sözlərinə görə, nəzarət tədbirləri 30-31 mart tarixlərində keçirilib. Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonlarının icra hakimiyyətlərinə pozuntuları aradan qaldırmaq və Komitəni məlumatlandırmaq barədə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.

Pozuntular binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalı ilə bağlıdır.

Bundan əlavə ("Kon-Lay Projekt", "ARCHİ-CO", "GENTECHS", "Arxin-M LTD", "FENİKS-AA", "Ayan-A", "Memar-F.R.", "Arxitektura və Dizayn" və "Nigel" layihə şirkətlərinə xəbərdarlıq edilib. Belə pozuntular təkrarlansa, onlar lisenziyadan məhrum edilə bilər.

Qeyd edək ki, "FVS-İnşaat", "Nehrəm Holdinq”, "Körpü-Bina -Tikinti", "AMK-Yasamal", YUSİF.A .İnşaat", "F.İ.P" şirkətləri, eləcə də "De-Luks", "REAL", "Orbita", "Yusif-2014", "Bakı-XXI BM", "Yeni Masazır-A", "Kristal Abşeron", "Polad-2008" və "NEW SİTY" mənzil-tikinti kooperativlərində tikinti və şəhərsalma normalarının pozulması aşkarlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar