İsa Qəmbər etirazçıları “iqtidarın adamları” adlandırdı

aisaqMüsavat Partiyasının eks-başqanı İsa Qəmbər dünən partiya qərargahı önündə bir qrup müsavatçının etiraz aksiyası keçirməsinə münasibət bildirib.İ. Qəmbər facebook profilində bu barədə yazıb: “Zamanında demişdim ki, problem Müsavatın daxilində deyil, hakimiyyətlə Müsavat arasındadır. 6 mayda bu bir daha təsdiq olundu”.

İ. Qəmbər aksiya iştirakçılarını iqtidarın adamı adlandırıb. Onun sözlərinə görə, hakimiyyət özlərini müsavatçı adlandıran bir qrupun partiya qarşısında “piketini” təşkil etdi.“Piketdə aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər”, - deyə o bildirib.

Qeyd edək ki, dünən bir qrup müsavatçı Müsavatın qərargahı önündə Arif Hacılının istefası üçün aksiya keçirib. Etirazçılar “Növbədənkənar qurultay keçirilsin”, “Müsavat ailə partiyası deyil”, “İstefa” şüarları səsləndiriblər.

Aksiyada çıxış edənlər partiyada baş verənlərə görə Arif Hacılı ilə yanaşı İsa Qəmbəri də qınayıblar(publika.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar