Özbəkistan prezidenti sözündən döndü - Kərimov sabah Moskvaya gələcək

Putin şəxsən işə qarışdı, Kərimov gələsi oldu

Rusiya KİV-nin yaydığı xəbərə görə, Özbəkistan prezidenti İslam Kərimov Moskvada keçiriləcək Qələbə günü şənliklərində iştirak edəcək. “AzPolitika.info”nun məlumatına görə bu barədə «İnterfaks»a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıb: «Özbəkistanın prezidenti İslam Kərimov Rusiya prezidenti Vladimir Putinin dəvətini qəbul edib və Böyük Qələbənin 70 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Moskvaya gələcək».

Uşakovun verdiyi məlumata görə, 8-10 may tarixlərində Azərbaycanın, Ermənistanın, Belrusun, Qazaxstanın, Türkmənistanın, Abxaziyanın, Cənubi Osetiyanın, Çinin, Cənubi Afrika Respublikasının, Hindistanın, Bosniya və Hersoqovinanın, Venesuelanın, Vyetnamın, Almaniyanın, Misirin, Kiprin, Koreya Xalq Demokratik Respublikasının (Ali xalq məclisinin sədri səviyyəsində),Kubanın, Makedoniyanın, Monqolustanın, Fələstinin, Serbiyanın, Sloveniyanın, Çexiyanın, Zimbabvenin rəhbərləri Moskvaya gələcək.

Onlardan başqa, BMT-nin Baş katibi Pan Gi Munun və YUNESKO-nun baş katibi İrina Bokovanın da bayram şənliklərinə qatılacağı gözlənilir. Tədbirlərdə bir sıra fəxri qonaqların da iştirak edəcəyi bildirilir.

Bu ərəfədə isə xəbər verilmişdi ki, Özbəkistanın prezidenti İslam Kərimov qələbə Paradına qatılmaq üçün Moskvaya gəlməkdən imtina edib.

Bir sıra dövlələt və hökumət başçılarının da Moskvaya gəlməkdən imtina etdiyi barədə xəbər verilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar