Zakir Həsənov Avropa Oyunlarına belə hazırlaşır - Video, Fotolar

I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda "Osa" AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar