BÜTÜN DÖVRLƏRİN ƏN BÖYÜK 5 DÖVLƏTİ - Bir gün ABŞ da dağılacaq...

Gəlib keçmiş bir çox imperiyaları dünya tarixindən çox yaxşı tanıyırıq. Amma hər halda nəhəng dövlətlərin siyahısı heç də uzun deyil. Çünki nəhəng dövlət olmaq və sonradan isə onu qoruyub saxlamaq üçün digər rəqiblər üzərində daimi üstünlük əldə etmək lazımdır. Ümumiyyətlə isə tərtib etdiyimiz siyahıya Osmanlı imperiyası, Persiya imperiysı, İspaniya imperiyası, Ərəb imperiyası kimi möhtəşəm gücləri salmadığımıza baxmayaraq, şübhəsiz ki, onlar tarixdə öz layiqli yerlərini tuturlar. Dünya tarixindəki beş möhtəşəm dövləti sizin diqqətinizə çatdırmaq istəyirik.

– ROMA İMPERİYASI

Roma imperiyası bizim eranın ikinci yüzilliyində öz gücünün zirvəsinə qalxmışdı və qədim dünyanın digər ölkələrindən xeyli üstün vəziyyətə gəlib çatmışdı. Onun hakimiyyətinin Hindistan və Çinə qədər uzanmamasına baxmayaraq, Roma imperiyasının Yaxın Şərq və Avropadakı hərbi şücaətinə heç bir şübhə ola bilməzdi. Bu imperiya o dövrün Yunanıstan, Misir, Karfagen kimi sivilizasiyalarını özünə birləşdirmişdi. Roma imperiyasının zirvə nöqtəsində onun əhalisinin sayı 60 milyon nəfəri ötürdü və bu dünyanın digər yerdə qalan əhalisinin ümumi sayından arıq idi. Öz qonşuları üzərində böyük hərbi üstünlüyə malik olan Roma imperiyası xüsusi istisnalar olmaq şərti ilə, yalnız Persiya ilə müqayisə edilə bilərdi. Lakin Roma, öz şərq qonşusundan dəfələrlə güclüydü və onun legionları Persiyanın dərinliklərinə qədər gedə bilirdilər. Bir çox hallarda, Roma ordusu Persiyanın özlərinə yaxın əyalətlərini darmadağın etmişdilər. Roma ordusu həlledici döyüşlərdə məğlubedilməz səviyyəyə qədər yüksəlmişdi. Ümumi yekunda Roma imperiyası xaricdən gələn təhlükələr hesabına deyil, vətəndaş müharibəsi, iqtisadiyyatın zəifləməsi və muzdlu döyüşçülərdən hədsiz asılı olduqlarına görə çokdü.

- MONQOL İMPERİYASI

Monqol imperiyası dünyada ən böyük quru əraziyə malik imperiya olub. Bu imperiyanın vüsət almasının ən heyrətləndirici tərəfi, ümumi sayları bir milyon nəfəri keçməyən bir qrup monqol tayfalarının özlərindən yüz dəfə böyük olan imperiyaları necə fəth etməsidir. Bütün bunların hamısı fərasətli taktiki gedişlər, yüksək səviyyəli mütəhərriklik və arxa cəbhənin təchizatının düzgün təşkili hesabına başa gəlmişdi.

Böyük sərkərdə Timuçin 1206-cı ildə bütün monqol tayfalarını öz rəhbərliyi altında birləşdirən zaman onun 50 yaşı vardı və Çingizxan tituluna layiq görülmüşdü. Monqollar şimali Çini ələ keçirdikdən sonra Orta Asiyaya soxuldular. 1219-1221-ci ildə Çingizxan Mərkəzi Asiyanı və İranı tutaraq, bu bölgələri tamamilə müflis hala salmışdı. Monqolların hücumu bəşər tarixində ən amansız yürüşlərdən biri olub. Çingizxanın nəslindən olanlar sonralar Avrasiyanın böyk bir qismini, Çini və Rusu zəbt etmişdilər. Yekunda, Monqol imperiyası onun hökmdarlarının bir-birləri ilə düşmənçiliyi nəticəsində dörd xanlığa bölünmüşdü və onlar da tədricən məhv olub tarixə qovuşdular. Hazırda dünya əhalisinin 8%-i Çingizxanın əcdadları hesab edilir.

- BRİTANİYA İMPERİYASI

Britaniya imperiyası XVIII əsrdən başlayaraq, müstəmələkə torpaqlarının zəbt olunması sayəsində təşəkkül taparaq, XX əsrin əvvəllərində Yer kürəsinin quru sahəsinin dörddə bir hissəsinə yiyələnmişdi. Bu imperiyanın ərazisi böyük olduğu üçün, onu günəşin heç zaman batmadığı imperiya da adlandırırlar. Öz şöhrətinin zirvə çağında Britaniya İmpreiyası ərazisində dünya əhalisinin 20%-i yaşayırdı. Tarixdə mövcud olmuş əvvəlki imperiyalardan fərqli olaraq, Britaniya imperiyasının möhtəşəmliyi, hərbi-dəniz donamasının hesabına yaranmışdı. Böyük Britaniya imperiyası geniş ticarət yollarını və mühüm strateji nöqtələri nəzarətə götürə bilmişdi. Süveyş kanalı, Ədən, Hörmüz boğazı və Cəbəllütariq Britaniya imperiyasının əraziləriydi.

- SOVET İTTİFAQI

Yəqin ki, belə böyük ərazilərə və zəngin təbii resurslara malik olan Sovet İttifaqının nəhəng dövlətə çevriləcəyi qaçılmaz bir prosesmiş. SSRİ ərazisində çox saylı xalqlar yaşayırdı və oradakı sosial quruluşun xüsusiyyətlərini nəzərə alıb, bu ölkəni xalqlar həbsxanası da adlandırırdılar. Geniş ərazilər səbəbindən, ona müharibə ilə qalib gəlmək çətin idi. Hitler buna öz şəxsi təcrübəsi ilə əmin olmuşdu. Nüvə silahına malik olan böyük Sovet ordusu məğlubedilməz nəhəng bir maşını xatırladırdı. Qərb dünyası geosiyasi “hartlend” nəzəriyyəsinə əsaslanaraq, Avrasiaya torpaqlarının bir hissəsini nəzarətdə saxlayan Sovet İttifaqının sonradan bütün Avrasiyanı və nəhayət isə bütün dünyanı nəzarətinə keçirə biləcəyindən çox bərk qorxurdu. Öz təhlükəsizliyindən ehtiyat etdiyi üçün Sovet İttifaqı düşmənlərini sərhədlərindən və mərkəzdən uzaq tutmağa çalışırdı. Bu strategiyanın kuliminasiya nöqtəsi isə şərqi Avropanın və şimal-şərqi Asiyanın əhəmiyyətli hissəsinin işğal olunmasıdır.

- AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI

ABŞ İkinci Dünya Müharibəsindən sonra əsl super dövlətə çevrildi. Həmin müharibənin sonunda dünyanın ümumi daxili məhsulunun yarısı Amerikanın payına düşürdü. Qırx il ərzində ABŞ-a yalnız Sovet İttifaqı rəqiblik edə bilib. Lakin öz iqtisadi imkanlarına, coğrafi mövqeyinə görə ABŞ hamıdan güclü olub. Sovet İttifaqının dağılmasından sonra Amerika hərbi və texnoloji sahədə, həmçinin də adi silahlar baxımından total üstünlük əldə edə bilmişdi. ABŞ, tarixdən məlum olan əvvəlki böyük dövlətlərin ən üstün xarakterlərini özündə cəmləşdirib. Amerikanın çox güclü silahlı qüvvələri, monqollar kimi istənilən düşməni darmadağın edə bilər. Qədim Roma dövründəki kimi hərbi cəhətdən ABŞ-a cavab verə biləcək güc yoxdur. Britaniyalılar kimi amerikanların da ixtiyarında dünyanın əsas dəniz yollarını nəzarətdə saxlaya biləcək hərbi-dəniz qüvvəsi var.

Ancaq biz mütləq yadda saxlamalıyıq ki, tarixin müəyyən bir anında nəhəng dövlətlər öz mövcudluqlarına son qoyublar və bunun da əsas səbəbi həmin dövlətlərin daxilində baş verən hadisələrdən qaynaqlanıb. Bütün bunların heç birini iqtisadi və hərbi üstünlüyünün nə qədər yüksək olmasına baxmayaraq, hətta ən möhtəşəm dövlətlər belə unutmamalıdırlar.

(The National İnterest)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar