ANASI ERMƏNİ MƏMURUN ARXASINDAN ARTUR RƏSİZADƏ ÇIXDI – Həm də fərari imiş...

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədovun təqdimatını baş nazirin verdiyi deyilir

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, “Azİmport” şirkətinin faktiki sahibi Rəşad Məmmədovla bağlı Bakı Şəhər Prokurorluğunda araşdırma aparılır. Onu hər an həbs edə bilərlər. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, R.Məmmədovun anasının erməni olması onu Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəis təyin edərkən bilinib. Lakin bu məqam onunla bağlı prezidentə təqdim olunan dosyeyə daxil edilməyib. Dosyeyə daxil edilməsi “unudulan” digər əsas məqam da var - “baş bayraqdar” fərari imiş...

O, 1997-ci ildə döyüş şəraitində olan hərbi hissəni özbaşına tərk edib! Buna görə onu istintaqa cəlb edib barəsində fərarilik ittihamı ilə cinayət işi başlayıblar. Sonradan məhkəməyə göndərilən cinayət işinə hüquqi qiymət verilib və R.Məmmədovu 3 il 6 ay müddətinə cəzaya məhkum ediblər.

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi rəisinin yarıerməni olması, üstəlik, fərariliyə görə həbsdə yatması onun karyerasında heç bir əngəl yaratmayıb, əksinə, daha da irəli çəkilib. Bəs ona bu şərait nə üçün yaradılıb? Belə bir ləkəli keçmişi olan şəxsi kim himayə edib, onun təqdimatını kim verib?

Qaynaq deyir ki, R.Məmmədovun təyinatı baş nazir Artur Rasizadənin “xeyir-dua”sı ilə baş tutub. R.Məmmədovun A.Rasizadə ilə qohumluq əlaqələrinin olması haqda da məlumat var. Onun dosyesində təyinatına mane ola biləcək məqamların “təmizlənməsi” də bu “xeyir-dua”dan sonra olub.

Qeyd edək ki, Rəşad Məmmədovun prezident sərəncamı ilə işdən azad edildikdən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı, başına torba keçirilərək naməlum istiqamətə aparıldığı haqda məlumatlar var. Bu haqda strateq.az saytı dünən məlumat yayıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar