İŞDƏN ÇIXARILAN RƏİSİN KRALSAYAĞI HƏYATI - FOTOLAR

"Martirosovun həyat tərzi göstərir ki, ermənilər Bakıda kef çəkir"

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov-Martirosovun Bakıda daha bir restoranı üzə çıxıb.Virtualaz.org saytı mötəbər mənbələrə istinadən xəbər verir ki, bu, Bakıdakı məşhur “Senator” restoranıdır.

Yada salaq ki, erməni köklərinə malik bakılı biznesmenin paytaxtda bahalı və elit restoranlardan ibarət böyük bir şəbəkənin sahibi olduğu üzə çıxıb.Mənbələrin verdiyi məlumata görə, sabiq məmurun Bakıda on milyonlarla manat dəyərində əmlakı var. Rəşad Məmmədov-Martirosovun ailəsi hazırda Bəşir Səfəroğlu küçəsindəki (Bakı Ağır Cinayətlər Məhkəməsinin binası ilə üzbəüz) binada dördmərtəbəli penthausda yaşayır. Onun mənzilinin sahəsi 2 min kvadratmetrdən artıqdır. Bir məmurun on milyonlarla, yüz milyonlarla manatlıq sərvəti və kralsayağı həyat tərzi isə onun gəlir bəyannaməsi ilə heç cür uzlaşmır. Hüquq-mühafizə orqanları bununla yəqin ki, məşğul olmalıdır.

Oliqarx Məmmədov-Martirosovun ailəsi sosial şəbəkələrdə özlərinin Bakıda və xaricdəki super kurortlarda (Kurşavel, Maldiv adalarında, Fransa Rivyeresində və s.) dəbdəbəli həyatlarını əks etdirən fotoşəkillər paylaşıb.

Bir tərəfdən bu da Azərbaycandakı erməni azlığın sıxışdırıldığını iddia edən bəzi tənqidçilərə ən tutarlı cavabdır. Belə ki, Martirosovun həyat tərzi bu iddiaların əksini göstərir - ermənilər Bakıda kef çəkir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar