Ərdoğanı İstanbulda 100 min tərəfdarı qarşıladı- Baş nazir sərt danışdı

Sakaryadan İstanbula gələn Ərdoğanı İstanbul aeroportunda 100 minlərlə insan qarşılayıb. NTV telekanalının məlumatına görə, Ərdoğan tərəfdarları "Dik dur, əyilmə, Bu millət səninlə", "Türkiyə səninlə qürur duyuyor" şüarları səsləndirib.

Öz növbəsində baş nazir ad çəkmədən Fətullah Gülənin bəddua etməsini pisləyib: "Müsəlman müsəlman qardaşına dua edər, qarğış yox". O tərəfdarlarını qarşıdan gələn seçkilərdə fəal olmağa çağırıb: "Türkiyənin milli gəliri biz hakimiyyətə gələndə 230 mlrd idi, onu 800 mlrd-a çatdırdıq. 79 ildə Türkiyədə 6 min km yol çəkilmişdi, biz 11 ildə 17 min km yol çəkdik, rüşvətxora olsaydıq, bunu edə bilərdikmi? BVF-a 28 mlrd borcumuz vardı. Ödədik, indi BVF bizdən borc istəyir".

Baş nazir bildirib ki, prokurorlar gizli istintaq materiallarını mətbuata ötürür. Ərdoğan bunu edənlərin arxalarında kimin durduğunu bildiklərini deyib.

O, ötən gün mətbuat üçün bəyanat yayan prokuror Müəmmər Akkaşı istintaqın gizliliyini qorumamaqda ittiham edib: “Marjinal qrupların militanları kimi press-reliz payladı”.

Rəcəb Tayyib Ərdoğan ad çəkməsə də, partiyadan qovulması məsələsi gündəmdə olan keçmiş mədəniyyət və turizm naziri Ərtuğrul Günayı tənqid edib: “Nazirlikdən ayrılana qədər hər şey gözəldir, nazir vəzifəsindən gedəndən sonra deyir ki, “mən filan naziri bəyənmirəm”. Sənin belə səlahiyyətinmi var? Əvvəlcə həddini bil!”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar