PREZİDENT ADMİNİSTRASİYASINDAN ƏLİ KƏRİMLİYƏ DƏVƏT! - AXCP sədrinin qərarı nə olacaq?

AXCP sədri Əli Kərimli iqtidar-müxalifət dialoqu kimi təqdim olunan görüşə dəvət olunub. Görüş mayın 15-də keçiriləcək.

Azadliq.info AXCP-yə istinadla bildirir ki, Prezident Administrasiyasından zəng edərək partiya liderini həmin tədbirə dəvət ediblər. AXCP-dən bildiriblər ki, partiyanın tədbirdə iştirak edib-etməyəcəyinə rəhbərlikdə aparılacaq müzakirədən sonra qərar veriləcək.

Əli Kərimlinin Prezident Administrasiyasının nümayəndələri ilə görüşə dəvət olunması sensasiyadır və Azərbaycan siyasətində əhəmiyyətli dəyişiklik ehtimalından xəbər verir. İndiyədək artıq 2 dəfə keçirilmiş bu görüşlərə əsasən hakimiyyətə loyal mövqeyi ilə seçilən partiya sədrləri dəvət olunmuşdu. İndi radikal qanadın aparıcı partiyası olan AXCP-nin liderinin də görüşə dəvət olunması maraqlıdır.

Məlumdur ki, bu görüşlərdə Prezident Administrasiyasını Prezidentin köməkçisi Əli Həsənov təmsil edir. Bu o deməkdir ki, görüşün nəticələri də birbaşa Prezidentə məruzə olunur. Bu baxımdan, Prezidentin təmsilçisi ilə görüşə AXCP sədrinin də dəvət olunması hakimiyyətin daxili siyasətdə müəyyən yumşalmalara getmək niyyətinin göstəricisi sayıla bilər.

Çox böyük ehtimalla, AXCP sədri də bu jesti qarşılıqsız buraxmayacaq və Azərbaycan siyasətində yeni mərhələnin başlanmasına şahidlik edəcəyik. Əks halda - Əli Kərimli bu görüşdən imtina edəcəyi halda hakimiyyət AXCP-ni barışmaz, destruktiv qüvvə kimi təqdim etmək üçün əlavə arqumentlər qazanmış olacaq. 

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar