Qurban Məmmədovun məhkəməsi başladı və... təxirə salındı

Vəkillər ittiham aktını almadıqlarını dedilər

Qondarma ittihamla həbs olunmuş tanınmış vəkil Qurban Məmmədovun işi üzrə bu gün Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası başlayıb. Qurban Məmmədov ittiham aktının bu gün səhər ona verildiyini əsas gətirərək hazırlıq iclasının təxirə salınmasını xahiş edti: “Qanun ittiham aktıyla tanış olmaq üçün müttəhimə 1 həftə vaxt verir. Bunu nəzərə almanızı və müdafiə işimizi qurmaq üçün vaxt verməyinizi istəyirəm”. Hakim də bununla razılaşdı və vəkillərin də ittiham aktıyla tanış olub-olmadıqlarını soruşdu. Vəkillər Xalid Bağırov və Əsabəli Mustafayev ittiham aktını almadıqlarını dedilər və Qurban bəyin təklifini dəstəklədilər. Dövlət ittihamçısı da qanunu əsas gətirərək verilən təkliflə razılaşdığını bildirdi.

Hakim hazırlıq iclasını gələn həftənin 3-cü gününə - sentyabrın 18-nə təxirə saldı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar