Van Damm 25 il sonra məşhur rəqsini təkrarladı (VİDEO)

Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm 25 il əvvəlki rəqsini təkrarlayıb.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, o, “Kikbokser” filmində oynadığı qəhrəmanın rəqsini məşhur Konan şouda bir daha ifa edib. Verilişin aparıcısı Konan O”Brayn “Kikbokser”in onun sevimli filmi olduğunu və hələ də həmin səhnəni xatırladığını bildirib. Konan aktyordan həmin rəqsi təkrarlamağı xahiş edib.

Van Damm isə hələ də hərəkətləri xatırladığını deyib və səhnəyə çıxıb. Aktyor “şpaqat” istisna olmaqla bütün hərəkətləri olduğu kimi təkrarlayıb.

Qeyd edək ki, “Kikbokser” 1989-cu ildə çəkilib. Həmin vaxt Van Dammın 29 yaşı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar