HACI İBRAHİMİN SƏSİ "BANDOTDEL"dən GƏLDİ - “Ən çox borcu olan odur”

13765729221376571018_Haci IbrahimHazırda “Cahangir Hacıyevin işi” ilə bağlı araşdırma və həbslər davam edir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Hacı İbrahim Nehrəmlini saxlayıblar. Bu barədə vinegret.az saytı məlumat yayıb. Məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Ancaq virtualaz.org-un əldə etdiyi məlumata görə iş adamı dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hüquq-mühafizə orqanları bu barədə şərh vermək istəmirlər.

Bununla belə, məlumatı Hacı İbrahimin layihəsi olan “Xəzər İsland”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, aznews.az-a bildirib ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”.

Qeyd edək ki, "Avesta" şirkətinin yetkililərindən biri də musavat.com-a bildirib ki, Hacı İbrahim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldığını təsdiqləyib. Ancaq o, iş adamının həbs olunmasını təkzib edib: "Hacı İbrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər. Onun istintaqa çəlb edilməsinin "Xəzər adaları" layihəsi ilə heç bir əlaqəsi yoxdur. İstintaqa da özü gedib. Hazırda da oradadır (saat 15.20). Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMİ-dən çıxması gözlənilir".

Bununla belə son günlər Beynəlxalq Bankdan kredit götürb qaytarmayan iş adamlar kütləvi şəkildə həbs olunması Hacı İbrahimin də sadəcə dindirilmək üçün “Bandotdel"ə aparılmadığını söyləməyə əsas verir. Ondan götürdüyü krediti dərhal qaytarmağın tələb olunacağı şüqbhə doğurmur. Yalnız bu halda azadlığa buraxıla bilər. Əks halda onun haqqında da həbs qətimkan tədbirinin seçilməsi istisna deyil. Baxmayaraq ki, qardaşı nazirdir...

Qeyd edək ki, bir qədər öncə mediada yayılan məlumatlara görə, Beynəlxalq Bank milyarderin mifik “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verib və vəsait şübhəli əməliyyatlara xərclənib.

Onu da xatırladaq ki, ki, “Cahangir Hacıyevin işi” ilə bağlı 70-ə yaxın iş admamının saxlandığı bildiilir. Onların arasında “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev də var.

Dünən gecə bəzi KİV-lər heç bir mənbəyə istinad etmədən oliqarx Hacı İbrahim Nehrəmlinin həbsdən azad olunması barədə xəbərlər yayysa da, məlumat təsdiqənməyib. 0liqarxların işi üzrə vəkillərdən biri virtualaz.org saytına bildirib ki, Hacı İbrahim Nehrəmlinin buraxılması xəbəri doğru deyil: “Ən çox borcu olan şəxs Hacı İbrahimdir. Mənim müdafiə etdiyim şəxsin borcu Hacı İbrahimin borcundan azı 10 dəfə azdır, amma onu hələ buraxmayıblar. Əksinə, axtarış da aparıblar. Bu halda Hacı İbrahimi necə azad edə bilərlər? Ən azı saat 23:00-a qədər Hacı İbrahim hələ orada idi. Belə hadisələrdən sonra o təcridxanadan heç kimi buraxmırlar” – deyə vəkil bildirib.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar