Həbs olunan idarə rəisinin şəriki buraxıldı- Qohumları saxlanıldı

“Azİmport” şirkətinin rəhbərlərindən biri, Dövlət Bayrağı Meydanı idarəsinin keçmiş rəhbərinin qaynı Azər Əsgərov sərbəst buraxılıb.Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Məlumata görə, Azər Əsgərov sərbəst buraxılandan sonra şirkətin ofisinə gedib.

Ancaq əvəzində “Azİmport” şirkətinin sahiblərindən biri olan Azər Əsgərovun yaxın qohumları və şirkətin mühasibi Niyaz Orucov saxlanılıb.Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən xəbərə görə, şirkətin bütün əmlakı və mülkiyyəti məhz bu adamların adına sənədləşdirilibmiş.

Qeyd edək ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları dünən “Azİmport” şirkətinin rəhbərləri Rəşad Məmmədovu və Azər Əsgərovu saxlamışdılar. Şirkətin faktiki sahibi olan R.Məmmədov hələ də “bandotdel”in təcridxanasındadır.

Erməni mənşəli Rəşad Məmmədova və qaynı Azər Əsgərova məxsus “Azİmport” şirkətinin fəaliyyəti nəticəsində Bakıda minlərlə mülkiyyətçinin hüquqları pozulub, mülkləri sökülüb, torpaqları mənimsənilib, dövlət büdcəsindən vətəndaşlara kompensasiya üçün ayrılmış vəsaitlər talanıb. Pullar erməni əsilli Rəşad Məmmədovun və qaynının çoxsaylı restoranlarına, malikanələrinə və dəbdəbəli həyat tərzinə xərclənib.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar