Cəmil Həsənli qazinin ölümünə görə bəyanat verdi

"Azərbaycan vətəndaşları avtoritar siyasətin qurbanına çevrilib"

Milli Şura sədri Cəmil Həsənli Qarabağ döyüşçüsü Zaur Həsənovun ölümü ilə bağlı bəyanat verib. Bəyanat onun facebbok səhifəsində yerləşdirilib. Bəyanatda deyilir:

"Qarşılaşdığı ədalətsizliklərə dözməyərək özünü yandıran Qarabağ döyüşçüsü Zaur Həsənovun ölüm xəbəri qəlbimizi parçaladı. Bu, hər şeydən öncə bir döyüşçünün, bir vətəndaşın, bir insanın, bir həmvətənin faciəsidir. Dəhşətlisi odur ki, bu faciə həm də ölkə insanının ümumi taleyinin göstərici kimi ortaya çıxıb.

Azərbaycan vətəndaşları avtoritar siyasətin qurbanına çevrilib. Heç də hər kəs intihar etmir, heç də hər kəs özünə od vurmur. Amma ölkəni ağuşuna alan haqsızlıq, ədalətsizlik, bərabərsizlik, məmur özbaşınalığı, oğurluq və rüşvətxorluq bütün cəmiyyəti ağır bəlalar və dərdlərlə təhdid edir.

Ona görə də, biz Zaur Həsənovun ölümündə günahkar hakimiyyəti görürük. Bu cür qiymət əsassız deyil. Bu hadisəyə görə konkret günahkarlar var və onlar cəzalandırılmalıdır. Amma çox sayda bənzər faciələrə yol açan səbəblər İlham Əliyev hakimiyyətinin xalqa qarşı qəddar siyasəti, məmur özbaşınalığı, cəzasızlıq, ölkə sərvətlərinin talan edilməsinin hər şeydən öndə durması və digər siyasi amillərdir.

Biz hesab edirik ki, öz vətəndaşlarını intihar həddinə çatdıran bir siyasi hakimiyyətin yaşamağa heç bir haqqı yoxdur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar