"NƏ BİLİM Kİ, ONU HARDAN GƏTİRİB EVİMƏ ATIBLAR" - Şeyxin qudası - VİDEO

Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib. “Qafqazinfo” xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən Hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır.

Deputatın evində belə bir əməliyyat keçirilməsini hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə əməliyyatı polis keçirib və evdən patronla dolu silah daraqları, silahlar və xeyli patron aşkar edilib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.

“Qafqazinfo” millət vəkilinin də mövqeyini öyrənməyə çalışıb. O belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.

Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

***

Deputat Qalib Salahzadə evində axtarış aparılması barədə danışıb. ANS TV-nin məlumatına görə, Qalib Salahzadə evində axtarış nəticəsində guya silah-sursat tapılması haqqında informasiyanın həqiqətə uyğun olmadığını deyib.

O, polis nəzarətinə götürülməsi və dindirilməsi barədə yayılanları da təkzib edib. Qalib Salahzadə bildirib ki, onu polisə dəvət etməyiblər. "Kişinin arxasından danışarlar. Evimdə heç bir axtarış olmayıb, ola bilməz".

Maraqlıdır ki, deputat Publika.az-a açıqlamasında şübhələri artıran fikirlər söyləyib. Sitat: “18 yaşım olandan bəri məndən nə gəldi yazırlar. Yazılanlar doğru deyil, belə şey mümkün ola bilməz. Yazıblar ki, guya polis evimdə silah-sursat aşkarlayıb. Əgər belə bir fakt varsa, polis gəlib mənə imza atdırsın və desin ki, filan şey olub. İndi mən nə bilim ki, onu haradan tapıb, gətirib evimə atıblar”. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar