Hakimiyyət mitinq keçirilməsi üçün yerləri müəyyən edib

 Sentyabrın 11-də rəsmi “Azərbaycan” qəzeti rayonlarda və şəhərlərdə kütləvi toplantıların keçirilməsi üçün açıq və qapalı yerlərin siyahısını dərc edib.

Belə ki, paytaxtın Səbail rayonunda mitinqlərə əvvəlki kimi 20-ci sahə qəsəbəsindəki sürücülük məktəbinin həyətində icazə verilir.

Nərimanov rayonunda metronun “Ulduz” stansiyasının qarşısındakı meydanda mitinq keçirməyə icazə verilir.

Xətai rayonunda Zığ şossesi, 29/22-ci məhəllə, Nizami rayonunda 8-ci km massivi, 2386-cı məhəllə, Nəsimi rayonunda Birinci Mikrorayondakı parkda (Asif Məhərrəmov küçəsi, 27 A) aksiyalar keçirməyə icazə verilir.

Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı idman kompleksində mitinq keçirmək olar.

(Yerlərin tam siyahısı http://www.azerbaijan-news.az/index.php?mod=3&id=28503).

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı mitinqlər üçün bu yerlərin ayrılmasını toplaşmaq azadlığının pozuntusu adlandırıb. Onun sözlərinə görə, vətəndaşlar toplaşmaq azadlığını istənilən yerdə həyata keçirə bilər.

Bundan başqa, müəyyən yerlər Bakının mərkəzindən uzaqda yerləşir. Süleymanlının sözlərinə görə, prezidentliyə namizədlər hakimiyyətin bu qərarından məhkəmələrə şikayət edə bilər.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar