Milli Şura mitinqin tarixini açıqladı

“Bircə Cəmil Həsənlinin böyük portretinin hazırlanması qalıb”

Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev Hafta.az-a açıqlamasında bildirib ki, komitə növbəti mitinqin günü ilə bağlı qərar verib: “Növbəti mitinq sentyabrın 22-də keçiriləcək. Hazırlıq işləri gedir”.

A.Quliyev qeyd edib ki, hələlik mitinqin harada keçirəcəyi müəyyən edilməyib: “Bu gün hökumət namizədlərin seçicilərlə görüşməsi üçün ayrılan açıq və qapalı məkanların siyahısını açıqlayıb. Biz bu siyahıya nəzər yetirdik. Orada göstərilənlərdən ən münasibi Qələbə kinoteatrının arxasındakı stadiondu. Amma hələ ki, yer barədə konkret qərar verilməyib. Hakimiyyətin təklif etdiyi yerlərin hamısı bizim üçün əlverişli deyil. Çünki Hövsan, Xocahəsən kimi yerlərə seçicilərin getməsi çətindi. Təklif edilən yerlərdən biri seçilib, Bakı meriyasına müraciət olunacaq”.

Komitə sədri mitinqə hazırlıq işləri haqda danışıb: “Yer və digər məsələlərin dəqiqləşməsi üçün sabah Mitinq Komitəsi iclas keçirəcək. Şüarlar demək olar ki, hamısı hazırdı. Bircə Cəmil Həsənlinin böyük portretinin hazırlanması qalıb. Bu da 1-2 günə həll ediləcək. Mitinqə 20 min adam çıxarılması nəzərdə tutulub”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar