Gənclərə cəza: sutkalıq həbslər və 400 manat cərimə

Xəbər verildiyi kimi, Qarabağ qazisi Zaur Həsənovun intiharına səbəb olmuş məmur özbaşınalığına etiraz məqsədilə dünən şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında iştirak edənlərin bir qismi saxlanılmış, ancaq ertəsi gün saat onda məhkəməyə gəlmiş şərti ilə sərbəst buraxılmışdılar.

Bu gün onlar Səbayel məhkəməsinə gediblər.

Musavat.com-un reportyoru Cavanşir Abbasın verdiyi məlumata görə, müsavatçılar Cavid Hacıbəyli, Tural Sadıqlı, cəbhəçilər Kəmalə Bənəniyarlı, Bəyim Həsənli, Türkel Əlisoy, Orxan Carçı, bitərəflər Vahid Məcidov, Orxan Eyyubzadə məhkəmə binasına daxil olublar. Onların bir neçəsinə 29 dekabrda 298.2 maddəsi ilə cinayət işi qaldırılıb. Samir Poladova isə artıq 15 sutka həbs cəzası verilib. Orxan Eyyubzadə və Tural Sadıxlı 29-dan 30 dekabra keçən gecəni Səbayel rayon polis idarəsində keçiriblər. Gənclərdən bir çoxu maddi cərimələrlə cəzalandırılıb.

Məhkəmədə yeni həbslərin olması da gözləniləndir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar