Elşad Abdullayevin videolarında görünən daha bir şəxsə hökm oxunub

Özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən şəxs 7 il azadlıqdan məhrum olunub

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Abdullayevin iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir.

M. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məcidov tutulub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham ediliblər.

Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar