KƏMALƏDDİN HEYDƏROV ƏRƏB MİLYARDERLƏ OVDA - Fotolar + VİDEO

Milyarder ərəblər yenidən Azərbaycana gəliblər. Ərəb zənginlər Azərbaycanın Qəbələ rayonunda olublar. Səfər zamanı onlar rayonun gəzməli yerlərinə baş çəkib, ova çıxıblar. Qəbələ səfəri zamanı ərəb milyarderlər Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb və şəkil də çəkdiriblər.

Onu da qeyd edək ki, strateq.az-ın dıqiqləşdirməsinə görə, bu dəfə Azərbaycana səfər edən və şahzadə kimi təqdim olunan Məhəmməd bin Rəşid Qadir, əslində, şahzadə deyil. O, Dubay Əmirliyinin Mühafizə Xidmətinin rəhbəridir. Həmçinin əmir Məhəmməd bin Rəşid əl Məktumun xarici səfərlərində də mühafizəyə özü başçılıq edir.

Xatırladaq ki, Məhəmməd bin Rəşid Qadir bir müddət əvvəl Azərbaycanda səfərdə olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid və əmir Məhəmməd bin Rəşid əl-Məktumu müşaiyət etmişdi. Bu dəfə isə o, əmir və digər dostarı olmadan Qəbələdə istirahətə gəlib. Məhəmməd bin Rəşid Qadirin digər dostları isə uzaq Asiya ölkələrindən birində istirahət etməyi üstün tutublar.

Qeyd edək ki, Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadirin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla çox yaxın dostluq əlaqələri var. O, nazirin oğlu Nicatın bu il fevralın 28-də keçirilən toy məclisində də iştirak edib.

Dubayda tez-tez keçirilən atçılıqla bağlı yarışların təşkilatçısı kimi tanınan Məhəmməd bin Rəşid Qadir ovçuluqda da çox mahir şəxs sayılır. Keçən ay o və dostları birgə Cənubi Afrika Respublikasında ovda olublar.

Qeyd edək ki, bir müddət öncə də 18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana səfəri zamanı Qəbələdə olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar