Arif Əsgərovun qardaşı yenə rəis təyin edildi

Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Əli Əsgərov yeni vəzifəyə təyinat alıb.

Əli Əsgərov Dəllər dəmiryol stansiyasına rəis təyin edilib. Qeyd edək ki, Ə.Əsgərov bundan öncə Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi olub.

Yeri gəlmişkən, bir müddət əvvəl Əli Əsgərovun adam güllələməsi ilə bağlı mətbuatda sensasion məlumatlar yayılmışdı.

Bildirilirdi ki, 2013-cü ilin iyulun 31-də Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb (azvision.az).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar