CAHANGIR HACIYEV DƏ “BANDOTDEL”DƏDİR! - O, istintaqa hansı məlumatları verib?

Ölkədə iş adamlarının, oliqarxların kütləvi həbsi, istintaqa cəlb olunması ilə müşahidə edilən Beynəlxalq Bankdan götürülən kreditlərlə bağlı başlanmış cinayət işi gündəmin əsas mövzuları sırasında qalmaqdadır. Şərti olaraq “Cahangir Hacıyev işi” adlanan bu cinayət işilə bağlı rəsmi açıqlama verilməsə də, həbslərin Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kredit adı ilə alınaraq mənimsənilməsi faktı ilə bağlı olduğu məlumdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən istintaqa cəlb olunanların bəzilərilə bağlı məhkəmələrdə dələduzluq və ictimai əmlakın mənimsənilməsi maddələrilə həbs qətimkan tədbirinin seçilməsi də bunu təsdiqləyir.

ramil-usubov14741-300x191 (1)Prezidentin tapşırığı ilə daxili işlər naziri Ramil Usubovun nəzarəti altında başlanan cinayət işinin səbəbləri və gözlənilən nəticələri ilə bağlı saytımızda geniş yazı (bax: XƏYANƏT VƏ SABOTAJ, YOXSA TAMAH VƏ FIRILDAQ?) dərc olunduğundan, təkrarlamaq niyyətində deyilik. Sadəcə xatırladaq ki, bu işlə bağlı həbs olunanlar və istintaqa cəlb edilənlər arasında neft oliqarxı Nizami Piriyev, “Xəzər adaları” adlı mifik layihənin müəlifi Hacı İbahim Nehrəmli, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

Maraq doğuran məqam isə bu işlə bağlı iş adamlarının, şirkət direktorlarının həbsə alındığı halda bu adamlara heç bir girov qoymadan 100 milyonlarla kredit buraxan bank rəhbərliyinin, xüsusən də Cahangir Hacıyevin hələ də azadlıqda olmasıdır.

Bununla bağlı “AzPolitika.info”ya maraqlı məlumatlar daxil olub. Deyilənə görə, Cahangir Hacıyevin həbs olunmamasının səbəbi onun istintaqla yaxından əməkdaşlıq etməsidir. Hətta C.Hacıyevin “Bandotdel”də oturduğu, istintaqa cəlb olunan iş adamlarının dindirilməsində və üzləşmədə iştirak etdiyi də bildirilir.

cahangir haciyev beynelxalq bank istefa azpolitika.info 1Məsələ ondadır ki, Beynəlxalq Bankdan aldığı kreditləri mənimsəyən iş adamlarına, oliqarxlara və ya onların yaxın çevrəsinə 100 milyonlarla dollar vəsait girovsuz verilsə də, zaminsiz verilməyib. Belə ki, belələrinə Beynəlxalq Bankdan külli miqdarda vəsaitin buraxılmasına səbəb yüksək vəzifəli məmurların, nüfuzlu şəxslərin Cahangir Hacıyevdən birbaşa xahiş etmələri olub. Məlumata görə, Cahangir Hacıyev də bu xahişləri fiksə edib, böyük məbləğdə verilən kreditlərə zamin duran yüksək vəzifəli məmurların, nazirlərin və nüfuzlu şəxslərin adlarının qeydiyyatını aparıb. Bütün bu məlumatları istintaqa təqdim edən Cahangir Hacıyevin azadlıqda qalmasının əsas səbəbi də bununla izah edilir.

Hazırda istintaqla yaxından əməkdaşlıq edən Cahangir Hacıyevin təqdim etdiyi faktların həm istintaq üçün, həm də Beynəlxalq Bankdan çıxarılan milyardlarla dollar (təxminən 6 milyard- müəl. ) vəsaitin geri qaytarılması üçün mühüm əhəmiyyət kəsb edir.

Çünki bu məlumatlar hesabına birincisi, hansı vəzifəli şəxsin başqalarının adına Beynəlxalq Bankdan götürdüyü kredit hesabına özlərinə ölkə daxilində və xaricdə gizli biznes qurduqları aşkara çıxarılır. Artıq belələrinin aşkarlandığına dair məlumatlar var...

İkincisi isə, bəzi yüksək vəzifəli məmurlar, nazirlər və nüfuzlu şəxslərin iş adamı kimi tanınan, əslində isə onların bizneslərini idarə edən şəxsləri “qurban” verməklə, 100 milyonları mənimsəməsinin qarşısı alınır.

bandotdelElə istintaqın “Bandotdel”də gizli aparılmasının bir səbəbi də budur. Ortada olan, adlarına 100 milyonlarla kredit götürülən iş adamları “Bandotdel”in zirzəmisinə salınmaqla, onlara zamin duran, arxalarında “gizlənən” vəzifəli, nüfuzlu şəxslərə pulları ödəmək vaxt verilir. Ödəmə aparıldıqda və ya qısa zamanda ödəniləcəyinə dair öhdəlik götürüldükdə içəridəki buraxılır. Əks halda cinayət işi açılaraq həbs-qətimkan tədbiri seçilir. Nizami Piriyev, Hacı İbrahim və başqaları kimi...

Onu da qeyd edək ki, Cahangir Hacıyevin istintaqa bu yardımı çox əhəmiyyətli olsa da, onun özünün də prosesin gedişində həbs ediləcəyi istisna olunmur. Belə ki, Cahangir Hacıyevin də “maliyyə xəyanətinə” yol verdiyi, ölkə rəhbərliyinin etibarından sui-istifadə edərək dövlətin pullarını özünə yaxın müxtəlif adamlara verdiyi, onların isə özlərinə böyük biznes qurduqları halda bu vəsaitləri geri qaytarmadığı ortaya çıxıb. Keçmiş deputat Dünyamin Xəlilov, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı, dostu Xəqani Bəşirov və digərləri buna misaldır.

Ümumiyyətlə, mətbuata sızdırılan xəbərə görə, Cahangir Hacıyevə yaxın 30 şirkət Beynəlxalq Bankın kredit portfelinin 41 faizinə sahib olub. Həmin şirkətlər toplam olaraq bankdan 3.5 milyard manat kredit götürüb. Həmin şirkətlərin adları açıqlanmasa da, bunun 2015-ci il yanvarın 1-nə olan məlumat olduğu bəllidir.

Bundan əlavə Cahangir Hacıyevin yüksək məbləğdə kredit buraxdığı iş adamlarından böyük həcmdə "şapka" aldığına dair məlumatlar mövcuddur. “Bizim Yol” qəzetinə açıqlama verən Beynəlxalq Bankının səhmdarı Vəzir Rəcəbov da oxşar iddialarla çıxış edib. Adıçəkilən bankda ailəsinə məxsus 191 min qiymətli kağızı olan Vəzir Rəcəbov bununla bağl deyib: “Hacı İbrahimin ABB-dən 850 milyon manat pul götürdüyü yazılır. Vaxtilə bank müdiri olan dostumdan yüksək məbləğdə kreditlərin mexanizmini soruşdum. Dedi ki, ”şapka" götürülən məbləğin ən az 10 faizi qədərdir. Belə məbləğlər rəsmi olaraq aşağı - 3-4 faizlə götürülür. Yüksək faiz az kredit götürənlərə tətbiq olunur. 850 milyonun “şapkası” 85 milyon manatdır, o pulu elə belə verməzlər. Hətta 10-15 min manat götürən də bilir ki, kredit asan başa gəlmir. Belə çıxır ki, devalvasiya olmasaydı bunlar üzə çıxmayacaqdı".

Səhmdar daha sonra bildirib: “Amay Abdulla”nın işini götürək. Sadə bir insan idi, birdən-birə gəlib milyonçu oldu. Bank kassasını ona açıb, o da çoxlu şirkətlər yaradıb, pullar götürüb. Necə olur ki, banklar belələrinə milyonlar verir? Hacı İbrahimin paket sahibi olduğu iki müəssisədə mən də səhmdaram. “Bakı Ağac Emalı Zavodu” ASC gəlirlə işləyir, mebel, qapı, pəncərə istehsal olunur. Orada 4000 səhmim var. Keçmiş “Karamelnıy” fabrikin bazasında yaradılmış “Şirniyyat” ASC də İbrahimovlarındır, qardaşının adınadır. Nizami metrosu ətrafındaydı, indi yerində binalar tikiblər, cəmiyyət isə havadadır. Nə iclas keçirirlər, nə də dividend verirlər. Orada da paket sahibindən sonra ikinci böyük səhmdar mənəm, 1500 səhmim var. Gənclikdə bir çox yerlərə onlar sahib çıxıblar. Mən bu qədər səhmlə milyona çata bilməmişəm, bunlar milyardlardan danışırlar".

Vəzir Rəcəbovun daha bir maraqlı açıqlaması isə bu yaxınlarda Vergilər Nazirliyinin 20 milyon tələb etdiyi (bax: "
Səhmdar həmçinin bildirib ki, Beynəlxalq Bankın keçmiş İH sədri Cahangir Hacıyevin çoxlu ASC-ləri var: "Onlar üçün də xeyli kredit götürüblər. Banka borcu olan ilk dindirilənlərdən Dünyamin Xəlilov Hacıyevin qohumudur və işçisi olub. “Şəki Bazar” ASC də dolayısıyla gedib Hacıyevə çıxır və Xəlilov onu idarə edir. Bazardan hər ay 50 min, illik yarım milyon, 600 min manat gəlir götürülür. Heç mənfəət göstərmir, müəssisəni zərərə çıxarırdılar. Tənqiddən sonra son vaxtlar 2 qəpiklik xeyir göstərmişdilər. “Şəki Ət Kombinatı” da Hacıyevindir, o işlərə Dünyamin nəzarət edir. Şəkinin bir çox müəssisələri onlardadır. Sumqayıtdakı “Intertextil”də yenə Cahangirin “adam”ı oturub.

“Bakı Quşçuluq”da Cahangir Hacıyevin marağı vardı və şərikdi, ona görə ora milyonlar ayırır. Özü-özünə kredit verirdi. Kağız üzərində bir-birlərinə ötürmələrinə baxmayın, bu gün də orada şərik olmadığına inanmıram. Ona aid ASC-lərdən insanlara bir manat da dividend verməyib, hər vaxt özünə işləyib. Sahibkarları səhmdarların qarğışı tutub".

beynelxalq_bank_327904505Ötən il ABB-nin xalis mənfəəti 690 milyon manatlıq nizamnamə kapitalının cəmi 3.7 faizi qədər olub. Vəzir Rəcəbovun sözlərinə görə, səhmdarı olduğu “Kapital Bank”da bu il hər səhmə 4 manat dividend verilməsi planı barədə xəbər alıb. 99.87 faiz səhm nəzarət paketi ilə “Paşa Holding”ə məxsus olan nizamnamə kapitalı 185 milyon 850 min manat təşkil edən bankın 2013-cü ildə xalis mənfəəti 32 milyon 989 min, keçən il isə 67 milyon 859 min manat, yəni 36.6 faiz təşkil edib: “Bankın səhminin nominal dəyəri 12.39 manatdır. Əgər 4 manatdan dividend verilsə nominalının 32 faizi qədər qazanc olacaq. Mənim gözləntim də budur. Sizə dedim ki, bankın gəliri ən az 25-30 faiz olmalıdır. Bu hesabla ABB də minimum 207 milyon manat gəlir göstərməli idi. Hər iki bankın nizamnamə kapitalını müqayisə etsək, dövlət bankında mənfəət daha çox olmalıdır. Beynəlxalq Bankın nizamnamə kapitalı 890 milyon manat, ”Kapital Bank"ınkı 185 milyon manatdır. Aralarında 4.8 dəfə fərq var. Gəlir onunkundan ən az 4.8 dəfə çox olmalı ikən az qala üç dəfə azdır. “Kapital Bank” şəxsi bankdır, orada dövlət maraqları yoxdur, gəlirlərini də ortaya qoyurlar. Harada dövlət maraqları var, orada korrupsiya “çiçəklənib”. Əslində dövlət qurumlarına bir neçə təşkilat nəzarət edir, amma son nəticədə korrupsiyaya da həmin qurumlar uğrayır. Bu, o deməkdir ki, nəzarət edənlərin özləri bu işlərin içindədir. İki bankın müqayisəsi vəziyyəti ortaya qoydu".

Göründüyü kimi, Cahangir Hacıyev də böyük maxinasiyala yol verib. Bu əməllərinə görə, ölkə rəhbərliyinin etimadını itirən Cahangir Hacıyevin də, istintaqın sonunda məsuliyyətə cəlb olunması istisna deyil.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar